müayinə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
müayinə
is. [ər.]
1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma. • Müayinə etmək (eləmək) – hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, oraburasına baxmaq. [Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahidin mənzilini axtaraq, kitablarını müayinə edək. C.Məmmədquluzadə. Suflyor lampanın neftini müayinə eləyir. S.Rəhman. Müayinədən keçirmək – bax. müayinə etmək (eləmək). Bəzən də [Kamil] maşınını saxlayıb müayinədən keçirərdi. S.Vəliyev.
2. tib. Qulaq asmaqla, diqqətlə gözdən keçirməklə bədəni hərtərəfli yoxlama, tədqiq etmə. Həkim müayinəni qurtarıb o biri otağa keçdi. Mir Cəlal. Müayinə başlanır; Qızışır həkimlərin; Məşvərəti, söhbəti. B.Vahabzadə. • Müayinə olunmaq – həkim tərəfindən hərtərəfli yoxlanılmaq, nəzərdən keçirilmək. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinə olunmağa məcburdular. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
müayinə
yoxlama, baxma
{yoklama, bakma}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
müayinə
muayene