turklehceleri.org

mina

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mina

is. [fars.]
1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış. [Kəmərin] üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. M.S.Ordubadi. // Üzərinə mina ilə naxışlar çəkilmiş, minalı. Mina qab. Mina güldan. – Əlim qoydum əl üstə; Mina kəmər bel üstə; Bu gün yarım gələcək; Gedim, durum yol üstə. (Bayatı). Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında büllur qədəh, dürlü məzələr və çərəzlər vardı. Çəmənzəminli.
2. məc. Mina kimi parlaq, gözəl (obrazlı təşbehlərdə işlənir). Bəstəboylu, mina gərdənli; Zülfü siyah, var əndamı ağ ola. M.P.Vaqif. Zülfü şahmar, mina gərdən mötədil; Zəbərcəd gəlməli, misali-bülbül. Aşıq Ələsgər.
3. Dişi örtən parlaq, möhkəm maddə, qabıq. Dişin minası.

II.[fr.]
1. Adətən torpağın, suyun səthinə və ya altına qoyulan, partladıcı maddəsi olan mərmi. Mina düzmək. Tanka qarşı mina. – Mərmi və mina ilə dağım-dağım olan yerin bağrından .. tüstülər qalxırdı. Ə.Əbülhəsən. • Mina gəmisi – güclü torpeda ilə silahlanmış hərbi gəmi.
2. Minomyot mərmisi. [Top] gurultularının, pulemyot və mina səslərinin ardı-arası kəsilmir. Ə.Vəliyev.
3. bax. torpeda.

In'gilische—Türkche Lughet (FreeDict, 2017)

mina /mˈiːsəlz/

1. eski Asya ve Yunan ağırlığı (bir kilo civarında)
2. eski Asya ve Yunan para miktarı.

Özbekche—In'gilische Lughet (Dirks, 2005)

mina

(Russian) mine; mortar shell; torpedo.

Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)

mina

[mi:na], at. 1. Ýeriň, suwuň aşagynda goýulýan partlaýjy ýarag. Suwasty mina. Pyýada goşuna garşy ulanylýan mina. Tanka garşymina.2. Minomýotdan atylýan partlaýjy ok.

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

mina

r. Mayın.


Axir izdelgen sözler: