mexaniki
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mexaniki
sif. [yun. mechanike və ər. ...i]
1. Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət.
2. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar. – [Musa dayı] daşları qaldırıb dişəmək üçün mexaniki bir şey icad etmişdir. İ.Əfəndiyev.
3. Maşın və mexanizmlərin hazırlanması, təmiri ilə məşğul olan. Mexaniki sex. Mexaniki emalatxana.
4. bax. mexanistik.
5. məc. Qeyri-şüuri, qeyri-iradi. Mexaniki hərəkət. – Sərhəng heç bir şey başa düşməsə də, mexaniki olaraq: – Bəçeşm, – deyib təzim etdi. M.İbrahimov.