malqara
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mal-qara
top. İri və xırda buynuzlu ev heyvanları. Mal-qaramız artır. – Pəyədən mal-qaranı bəzi çıxardır qırağa; Bəzi səhraya gedir işləməyə, bəzi bağa. A.Səhhət. Nurəddinin mal-qaradan ancaq bir atı vardı. S.S.Axundov. [Cavad:] O ağacın yerində ev tikərik, çəpəri buradan çəkərik ki, mal-qara, dana həyətə girməsin. B.Talıblı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mal-qara
sığır