ləngər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ləngər
is. [fars.]
1. bax. lövbər. Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl). Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. • Ləngər vurmaq (vermək) – durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq. Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn. [Tank] ləngər vuraraq .. yaxınlaşırdı. Ə.Məmmədxanlı.
2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar). Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski. // Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil. [Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal. // Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. (Ata. sözü).
3. Ləngərlə şəklində zərf – ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək. – Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov. Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ləngər
I. yırğalanma, yellənmə, səndələmə
{sallanma, rüzgârlanma, sendeleme}
II. ağırlıq, taraz
{ağırlık, terazi}