əleyh
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əleyh
[ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: ...ziddinə, ...qarşı. Əleyhinə səs vermək. Əleyhinə getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən əleyhinə. – [Nəsir] də məlum fikirlər üzərində ləhinə və əleyhinə olmaq üzrə söz söyləyirdi. S.Hüseyn. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. Əziz təklifin əleyhinə səs verdi. Ə.Əbülhəsən.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əleyh
aleyh