lüləyin
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lüləyin
is. [ər.] Misdən, saxsıdan, plastik kütlədən və s.-dən qayrılan xüsusi biçimli lüləkli və qulplu suqabı. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım, bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm. M.F.Axundzadə. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüləyin və süpürgə. C.Məmmədquluzadə.