lağ
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lağ
is. [fars.] Rişxənd, istehza, ələ salma, masqara. Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal. • Lağ etmək (eləmək) – ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək. Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin! M.P.Vaqif. [Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim. Ə.Haqverdiyev. [Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir. M.İbrahimov. Lağa qoymaq – bax. lağ etmək (eləmək). Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü. M.Hüseyn. [Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm. Küçələrdə bizi lağa qoyduğu daha bəsdir. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
lağ
istehza, masqara, rişxənd
{istihza, şaka, alay}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
lağ
alay