lalə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lalə
is. [fars.]
1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Otların arasında saysız-hesabsız lalələr qızarırdı. İ.Əfəndiyev. // Bu çiçəyin müxtəlif rəngdə yetişdirilmiş növü.
2. Qırmızılıq rəmzi kimi işlənir. Nigarın ala gözlərindən damcı-damcı yaş gilələnib lalə yanaqlarından aşağı gəldi. “Koroğlu”. Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
lalə
gelincik, lale