kəşf
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəşf
is. [ər.]
1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. İbtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi. – [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyük həyat mənası axtarırıq! S.Rəhimov. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar. M.Hüseyn. // Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşf. Texnika sahəsində yeni kəşf. • Kəşf edilmək (olunmaq) – “kəşf etmək”dən məch. Kitabla kəşf edilir; Qiymətli dəfinələr. M.Seyidzadə. Kəşf edə bilməmiş alimlər bunu; İnsan varlığının ilk duyğusunu. S.Vurğun. Kəşf etmək – tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək. Kəşf etdiyim zaman bir yeni qaynaq; Sinəmdə çırpışan ləkəsiz ürək; Açılır gül kimi fərəhlənərək. R.Rza. // məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək. Dibi görünməyən ümman göstərin; Baş vurum; Kəşf edim dərinliyini. B.Vahabzadə. Kəşf qılmaq köhn. – axtarıb tapmaq, müəyyən etmək. Kərəmin Əsli ilə yaz vəslin; Kəşf qıl Əsli xanımın əslin. S.Ə.Şirvani. Kəşf olmaq – aşkar olmaq, açılmaq, məlum olmaq. Heç fayidəbəxş olmadı tədbirlərim, heyf! Kəşf oldu bütün aləmə təqsirlərim, heyf! M.Ə.Sabir.
2. Kəşfiyyat. Kəşfə göndərdiyim adamlar qayıdıb Laçının dediklərinin doğru olduqlarını söylədilər. H.Nəzərli.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
kəşf
bulgu, buluş, keşif