kəndkəsək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kənd-kəsək
top. dan. Kənd və ona yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. – [Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox, kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhərrəm bəy:] ..Kənd-kəsəyi dolandıra bilmirəm. S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli.