turklehceleri.org

küsənmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

küsənmək

f.
1. Ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq. Dost dostdan küsənər. – Nə üçün hamı mənə düşmən gözü ilə baxır, yoldaş leytenant, mənim günahım nədir?.. – deyə, Vəli küsənən (f. sif.) bir dost ədası ilə xəbər aldı. M.Hüseyn.
2. Qibtə etmək, həsrətini çəkmək. Yaxşı geyimə küsənmək. – Ataların misalıdır: keçən günə gün çatmaz; Ol səbəbdən küsənirəm əzəlki çağlara mən. Molla Cümə. ..Qız da, oğlan da Nəcibənin yar-yaraşığına küsənir. Mir Cəlal.
3. Qürrələnmək, arxayın olmaq, bel bağlamaq. Varlılığa küsənən yoxsulluğa tez düşər. (Ata. sözü).


Axir izdelgen sözler: