küsmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
küsmək
f.
1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək. – [Kərbəlayı İsmayıl Zeynəbə:] ..Axırı, heç olmasa, götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb. C.Məmmədquluzadə. // Ümumiyyətlə, incimək, qəlbi sınmaq, xətri qalmaq. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbiqəradən küsmüşəm. M.P.Vaqif. Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər.. Ü.Hacıbəyov. [Sultan:] Küsərsən, qulağından çəkib qaytararam və deyərəm: – Dur burada, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. İ.Hüseynov.
2. məc. Bədbinləşmək, bədbinliyə qapılmaq. Həyatdan küsmək. Dünyadan küsmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
küsmək
incimək
{incinmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
küsmək
gücenmek, küsmek