turklehceleri.org

köçəri

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

köçəri

sif.
1. Oturaq həyat keçirməyən, ev-eşiyi ilə daim bir yerdən başqa yerə köçən (oturaq ziddi). Köçəri tayfalar. Köçəri xalqlar. // is. mənasında. Bu cür həyat sürən adam. Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş obalarında. A.Səhhət. [Allahqulu:] Bir dəstə köçəri qabağımızı kəsdi, atışma düşdü. Çəmənzəminli.
2. Köçərilərlə, onların həyatı ilə əlaqədar olan. Bu bina köçəri yatağını xatırladırdı. M.İbrahimov.
3. Qışda isti cənub ölkələrinə uçub gələn (quşlar haqqında). Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. S.S.Axundov. ..Bu göyərçinlər başqa köçəri quşlar kimi gəldi-gedər deyil. M.Rzaquluzadə. // İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişən (mal-qara, balıq və s. haqqında). İncənin hər tərəfi otlaqdır. Buranın mal-qarası.. köçəri deyil, oturaqdır. S.Rəhman. Ömürlərinin bir hissəsini dənizdə, bir hissəsini isə çaylarda keçirən balıqlar da çoxdur. Bu, köçəri balıqlardır. “Sualtı aləm”.
4. məc. Bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən. Köçəri həyat keçirmək. – Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda da yatar. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

köçəri

gəzəri
{gezgin}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

köçəri

göçebe


Axir izdelgen sözler: