turklehceleri.org

köynək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

köynək

is.
1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək. – [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli. Nazlı əynindəki tünd şabalıd rəngli .. köynəyini çıxartdı.. S.Rəhman. // məc. Libas, paltar mənasında (adətən rəng adları ilə). Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun. Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim.
2. Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol. ..Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. “Koroğlu”. Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı.. Aşıq Ələsgər. [Pərşan:] İki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov.
3. tex. Örtük, sipər. ..Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov.
4. Baramanın iç qatı. // Buğdanın üstündə olan nazik qabıq.
5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə. ‣ Köynək-köynək (bir köynək) ət tökmək – bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək. Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal. [Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmüşəm. B.Bayramov. Köynəyinin yaxasından keçirmək etnoqr. – övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət. Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

köynək

gömlek


Axir izdelgen sözler: