turklehceleri.org

kösöv

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kösöv

is.
1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarışdırdı. T.Ş.Simurq.
2. məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. Rəngi sapsarı, dodaqları gömgöy; Əlləri qapqara bir kösöy. N.Rəfibəyli. • Kösövə dönmək – 1) yanmaq, qaralmaq. Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qolqıçlarının bir kösövə dönməsi Nənəqızı dərin bir dəhşətə salırdı. S.Rəhimov; 2) məc. hirslənmək, alışmaq, odlanmaq. [Ədhəm] fikrinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov. ‣ Cəhənnəm kösövü – bax. cəhənnəm. Kösövü tüstülü olmaq – adı pis çıxmaq, adı vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı, – dedi, – bu sözü burda dedin, başqa yerdə demə, .. onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn.


Axir izdelgen sözler: