turklehceleri.org

komissarlıq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

komissarlıq

is. Başında komissar duran idarə, orqan. Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər. S.Hüseyn. Komissarlıqdan yazıb, baş mühəndis vəzifəsinə təyin üçün namizəd istəyirdilər. Mir Cəlal. Qulamın yanına onunla eyni komissarlıqda işləyən bir işçi gəlmişdi. Ə.Əbülhəsən. • Xalq komissarlığı tar. – Azərbaycanda sovet dövründə dövlət idarəsi sahələrindən birinə rəhbərlik etmiş mərkəzi orqan (1946-cı ildə nazirliyə çevrilmişdir). Hərbi komissarlıq – hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və çağırışa qədərki hazırlığı ilə məşğul olan yerli hərbi idarə. Göyçəyin ərizəsi hərbi komissarlıqda idi. Ə.Əbülhəsən. [Xasayla] birlikdə hərbi komissarlığa beş nəfər getmişdi. Ə.Vəliyev.


Axir izdelgen sözler: