iyləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
iyləmək
f.
1. Burunla nəfəs çəkərək, bir şeyin qoxusunu duymağa çalışmaq, qoxulamaq. Arxın suyun kəs, doldu; Bağda gülün dəst oldu; Yara bir gül göndərdim; İyləyincə məst oldu. (Bayatı). [Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım. C.Cabbarlı. İncimə, o gülü canan iyləsin; O da bir gözəlin al yanağıdır. M.Rahim.
2. məc. Öyrənib bilməyə çalışmaq, arayıb yoxlamaq, hər yerə baş soxmaq, axtarıb araşdırmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
iyləmək
I. qoxulamaq
{koklamak}
II. yoxlamaq, araşdırmaq
{yoklamak, araştırmak}