əyrilik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əyrilik
is.
1. Əyri şeyin halı. Tirin əyriliyi. Məftilin əyriliyi.
2. məc. Hiylə, biclik; düz, namuslu yolla getməmə (düzlük əksi). Bir xəyanət görünməyib bizdən; Əyrilik sadir olmayıb düzdən. S.Ə.Şirvani. Zira ki, yalan və əyrilik həmişə aşkar olub insanı bədnam edir. N.Nərimanov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əyrilik
I. dolayılıq
{eğrilik}
II. yanlışlıq, qüsurluluq
{yanlışlık, kusurluluk}
III. bükülülük, buruqluq
{bükülülük, burukluk}
IV. hiylə, biclik
{hile, düzenbazlık}