turklehceleri.org

istiqbal

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

istiqbal

is. [ər.]
1. Gələcək. Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Çəmənzəminli. [Nümayəndə:] Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! Ə.Haqverdiyev.
2. Gələn adamın qarşısına çıxma; qarşılama. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. M.S.Ordubadi. • İstiqbal etmək – qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək. Görcəyin bizləri o sahibi-mal; Çıxıban dişrə etdi istiqbal. S.Ə.Şirvani. Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş qohumu qəbul edəntək istiqbal edib, bir neçə gün ehtiram ilə müsafir saxladı. Ə.Haqverdiyev. Əhməd .. qayıdanda .. necə istiqbal edəcəklərini də xəyalından keçirirdi. B.Talıblı. İstiqbala çıxmaq – gələn adamın qabağına çıxmaq, qarşılamaq. Livarcanın ağası Hacı xan iki oğlanları və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. M.S.Ordubadi.
3. köhn. Qrammatikada: gələcək zaman felinin adı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

istiqbal

I. gələcək
{gelecek}

II. qarşılama
{karşılama}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

istiqbal

istikbal

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

istiqbal

a. İstikbal, rastlama.


Axir izdelgen sözler: