Şöhrət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şöhrət
is. [ər.]
1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır. – [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşifələyə çıxacaq. M.F.Axundzadə. Hüseynin [Ərəblinskinin] şöhrəti də, təcrübəsi də getgedə artırdı. S.Rəhman. // Adı çıxma, ad qazanma. C.Məmmədquluzadəni ədəbiyyata gətirən nə pul qazanmaq, nə də şöhrət həvəsi idi. M.İbrahimov. • Şöhrət etmək – məşhur olmaq, tanınmaq, ad çıxartmaq. [Hacı Nuru şair:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis həkimləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. M.F.Axundzadə. Şöhrət qazanmaq (tapmaq) – məşhur olmaq, hamı tərəfindən tanınmaq, məşhurlaşmaq. ..Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın, gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Tapdıq qazmaçılar arasında öz mehribanlığı ilə şöhrət qazanmış (f.sif.) mahir bir usta idi. M.Hüseyn.
2. Şöhrətbazlıq, şöhrət düşkünlüyü. Teymurbəyi .. sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. Çəmənzəminli.
3. Şan, şərəf, iftixar. Əmək ölkəmizdə şərəf işinə çevrilmişdir. – Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız. S.Rüstəm.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
şöhrət
I. şərəf, şan
{şeref, şan}
II. ad-san
{ün}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
şöhrət
şöhret, ün