istibdad
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
istibdad
is. [ər.]
1. Özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi. E.Sultanov. Beşinci il; Qanlı bazar; İstibdadın mənhus əli; Hər tərəfdə iz buraxır. R.Rza.
2. Zülm. Artıq bu rəzalət çəkilməz; Bu istibdadə təhəmmül edilməz. H.Cavid. Yoldaşlar, istibdad pəncəsində inləyən yüz minlərcə işçilər baş qaldırmadadır. Çəmənzəminli. İstibdad dünyasından..; Odların, alovların üstündən addadıq biz. S.Rüstəm.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
istibdad
zülm, mütləqiyyət
{zulüm, baskı}