çaylaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çaylaq
is. Quru çay yatağı. Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev. • Çaylaq daşı – bax çaydaşı. Yolun o əl-bu əlində yuyulub təmizlənmiş muncuq kimi gözəl çaylaq daşları parıldayır, tez-tez təkərlərin ağzından qoparaq çırtaçırtla dörd yana səpələnir. M.İbrahimov. Çaylaq daşından tikilmiş [Xınalıq kəndinin] evləri, torpaq eyvanları, səkiləri, ağacsız dar küçələri elə bil çiçəklərlə, güllərlə bəzənmişdi. R.Rza.