irşad
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
irşad
is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. İrşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. • İrşad qılmaq klas. – doğru yola gəlmək, qəflətən oyanmaq. Firqətin dövründə çəkdim möhnətü cövrü cəfa; İmdi vəslin yoluna irşad qılmaq vaxtıdır. Xətayi. İrşad etmək klas. – doğru yola çəkmək, qəflətdən oyatmaq. Sən onların dinini bir tərəfə qoy və onların batil olması haqqında heç bir söz söyləmə və beləliklə, onları irşad etməyə başla. M.F.Axundzadə. ..Kənarda durmaqla millətin ehtiyacını və dərdü halını bilmək olmaz və .. ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyrimümkündür. F.Köçərli.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
irşad
irşat