intixab
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
intixab
is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] ..Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. M.Hüseyn. • İntixab etmək (eləmək) – seçmək. [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. C.Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov. İntixab olunmaq (edilmək) – seçilmək. Bəzi də, heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. C.Məmmədquluzadə. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
intixab
seçmə
{seçme}