həzər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
həzər
is. [ər.] Saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə. Ondan həzər! (ondan özünü qoru! uzaq ol!). Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. • Həzər etmək (qılmaq) – saqınmaq, qorunmaq, uzaq olmaq, özünü gözləmək. [Koroğlu dedi:] Durub mərd meydanda göstərrəm hünər; Qənimlər nərəmdən eyləyər həzər. “Koroğlu”. Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə; Bəladır xubları sevmək, bəladır! Xətayi.