turklehceleri.org

həyət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həyət

is. [ər.]
1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. [Gülsüm] qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev. Hər evin həyətində nar və gilənar ağacları ilə dolu bağlar var. İ.Əfəndiyev. Xəstəxana həyətində bülbül oxuyur; Tibb bacısı dönüb baxır əlində dərman. M.Araz. // Hər hansı tikilini dövrələyən açıq sahə. [Hacı Əhməd:] Bardaqları uşağın əlindən alıb, [məktəbin] həyətində yerə elə çırpmışam ki, saxsıları .. indi də elə oradadır. C.Cabbarlı. [Səriyyə xala:] Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu. M.İbrahimov.
2. Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. Kənd 150 həyəti birləşdirir.
3. Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. İ.Şıxlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həyət

çöl, bayır
{zahir, dış}

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həy’ət

I. terkib
{grup}

II. kollegiya
{kolej}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

həyət

avlu


Axir izdelgen sözler: