turklehceleri.org

həvəs

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həvəs

is. [ər.]
1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur. – Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldı. C.Məmmədquluzadə. Evi, otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi. H.Sarabski. • Həvəs etmək (göstərmək) – bax. həvəslənmək. Lakin həvəs eyləməzdi Leyli; Olmazdı bu ləhvü ləəbə meyli. Füzuli. Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. H.Seyidbəyli. Həvəs oyanmaq – maraq oyanmaq, arzu oyanmaq. [Oğlanın] zehnində bu adamı öyrənmək, onun sirlərini bilmək üçün böyük bir həvəs oyandı H.Nəzərli. Həvəsdən düşmək – bir işi görməyi daha istəməmək, həvəsi, marağı soyumaq, daha həvəsi olmamaq. [Mahmud Sevincə:] ..Mən gündəngünə həvəsdən düşdüm. Z.Xəlil. Həvəsə düşmək (gəlmək) – bax. həvəslənmək. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov. Həvəsə gətirmək (salmaq) – bax. həvəsləndirmək. Çaqqallar pusquda durdu; Həvəsə saldılar qurdu. M.Dilbazi. Həvəsi gəlmək (doğmaq) – bax. həvəslənmək. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qat-qarış səslərinə qulaq verir, onda bir qarət həvəsi doğurdu. S.Rəhimov. [Pərşan:] Bağçamız nəyə desən dəyər, adamın həvəsi gəlir baxsın. M.İbrahimov. Həvəsi soyumaq – bax. həvəsdən düşmək. // Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi.
2. Nəşə, zövq. Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. S.Rəhimov. Şeyda bülbül bir həvəsdə; Gözü yolda, könlü səsdə. Aşıq Hüseyn.
3. Həvəslə şəklində zərf – ürəkdən, qəlbdən, can-dildən, məmnuniyyətlə. Bir əməllə, bir arzuyla alışıb onlar; Bir məqsədin yollarına düşdü həvəslə. S.Vurğun. Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həvəs

könül, arzu, meyl, maraq, şövq
{gönül, arzu, meyil, istek, şevk}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

həvəs

heves


Axir izdelgen sözler: