turklehceleri.org

həris

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həris

sif. və zərf [ər.] Bir şeyə həddindən artıq can atan, ona aludə olan, onun düşkünü olan, təəşşüqü olan; gözüdoymaz, düşkün. [Bayram:] Amma çibin şirniyə həris olan kimi Tarverdi Pərzadə hərisdir.. M.F.Axundzadə. Bazar camaatı belə pulsuz tamaşalara çox həris idi. Mir Cəlal. • Həris olmaq – ehtirasla sevmək; çox sevmək, istəmək. Uşaq şirniyə həris olur. Teatr hərisi olmaq. – Pəri nənə İskəndərin çaya həris olduğunu bildiyi üçün his basmış qara aftafanı ocağın üstünə qoyub su qızdırdı, çay dəmləmək xəyalına düşdü. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həris

I. tamahkar, acgöz, dargöz, xəsis, simic
{tamahkâr, açgözlü, haris, hasis, cimri}

II. ehtiraslı, qızgın, coşgun, hərarətli
{ihtiraslı, kızgın, coşkun, hararetli}

III. həvəskar, azarkeş
{hevesli, istekli}

IV. qəddar, qatı, bərk, yaman
{gaddar, katı, sert, yaman}

V. düşkün, ağzıyelli, ağzıyava
{düşkün, sorunlu, sıkıntılı}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

həris

hırslı


Axir izdelgen sözler: