təb
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təb
I. is. [ər.] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham. [Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Çəmənzəminli. Mənə deməyin ki: – Bu təb, bu ilham; Bir cüt qanad olub səni ucaldar. Ə.Cəmil. • Təbi açılmaq (gəlmək, cuşa gəlmək) – ilhama gəlmək, şeir yazmağa və ya deməyə, musiqi yazmağa, mahnı oxumağa ruhlanmaq, ilhamlanmaq. Kərəmin təbi cuşa gəldi. “Əsli və Kərəm”. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Ə.Haqverdiyev. Az qalıb təbim də gəlsin, indicə şeir dəyəcəyəm. Çəmənzəminli. ‣ Təbdən çıxartmaq – coşdurmaq, hirsləndirmək, özündən çıxartmaq, halını pozmaq. Nə hədə-qorxu, nə atılan güllələr Bəndalını təbdən çıxara bilmədi. Mir Cəlal. Təbdən çıxmaq – coşmaq, hirslənmək, özündən çıxmaq. Şahpəri, qarının tamamilə təbdən çıxdığını görüb sarsıldı. B.Bayramov. Təbdəntəbə düşmək – bir haldan başqa hala keçmək, əhvalı tez-tez dəyişmək, haldan-hala düşmək. Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. ..Veysəl kəlmə kəsmir, təbdən-təbə düşürdü. B.Bayramov. Təbi dəyişmək – halı dəyişmək, əhvalı dəyişmək (pozulmaq). Heydərin rəngi qaçdı, onun təbi dəyişdi. S.Rəhimov.
II. is. [ər.] köhn. Çap (etmə), nəşr (etmə). • Təb etmək köhn. – çap etmək, nəşr etmək. Kitabı təb etmək. Təb olunmaq köhn. – çap olunmaq, nəşr olunmaq. Məcmuə təb olundu.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
təb
I. ilham, iste’dad
{ilham, istidat}
II. təbiət, xilqət
{tabiat, hilkat}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təb
tecelli