həmail
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
həmail
is. [ər.]
1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu”.
2. Boyundan asılan, üzəri piləklə bəzədilmiş qadın bəzəyi. “Gəlinlər həmaili” (əsər adı). – [Leylək] həm üzük, həm sırğa, həm həmail, həm də bilərzik almaq istədi. S.Rəhimov. Ay qız, sənə mailəm; Boynunda həmailəm; Dost payı şirin olar; Hər nə versən qailəm. (Bayatı). // Çələng. Pərşan ağlı-sarılı müxtəlif çöl güllərindən həmail qayıraraq arasına qırmızı lalələrdən naxış vurub boynundan asmışdı. M.İbrahimov.
3. İnanca görə, gözdəymədən, xəstələnməkdən və s. qorunmaq üçün boyundan asılan dua, tilsim, pitik. Arxeoloji qazıntılar zamanı çoxlu həmail aşkar edilir.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
həmail
gerdanlık