turklehceleri.org

gələcək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

gələcək

1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. – Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. A.Şaiq. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi.
2. is. Hələ çatmamış, lakin çatması gözlənilən zaman (keçmiş əksi). Gələcəkdən danışmaq. – Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun. [Səriyyə xala və uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov.
3. is. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır. – [Məhəmməd ağa:] İnsan ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nərimanov. [Mirzə:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdiyev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq.
4. Gələcəkdə şəklində zərf – bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzərində işləmək istəyir. – [Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq. ‣ Gələcək zaman qram. – felin, iş və hərəkətin danışılan zamandan sonra baş verib-verməyəcəyini bildirən zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

gələcək

gelecek, müstakbel


Axir izdelgen sözler: