turklehceleri.org

hələlik

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

hələlik

1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla. – Sonudur qış gününün, toplayaraq var gücünü; Saxlamaq fikrinə düşmüş hələlik öz gücünü. S.Rüstəm. Murad öz sualına özü cavab verir, hələlik arvadına məsələni bildirmirdi. Ə.Vəliyev. // Müvəqqəti (olaraq). Hələlik onun yanında yaşa. Pulu hələlik cibində saxla. – [Leytenant:] Hələlik ev-zad düzəldənəcən burada qalarsınız. İ.Əfəndiyev. // Hazırda, bu saat, indi. Hələlik evə tələsirəm, məşğul ola bilməyəcəyəm. Hələlik işini gör, söhbət sonraya qalsın.
2. Hələlik! – xudahafiz! görüşənədək! sağ ol! [Tahir:] Hələlik, – deyə, gülə-gülə uzun-caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Sənubər havanın qarışmağına .. əhəmiyyət verə bilmədi, mövsümi paltosunu geydi, anasına “hələlik” demədən çıxdı. B.Bayramov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

hələlik

müvvəqqetilik
{geçicilik}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

hələlik

şimdilik


Axir izdelgen sözler: