turklehceleri.org

seyrəlmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

seyrəlmək

f.
1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında). [Bəhlul:] Seyrəlmiş (f.sif.) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı. B.Bayramov.
2. Parçalanmaq, dağılmaq, seyrəkləşmək. Torpaq qızır..., qar əriyir..., çaylar bulanır...; Gah seyrəlir, gah sıxlaşır əlvan buludlar. S.Vurğun. Yavaş və yeknəsəq piyada addımlarının səsi altında qaranlıq seyrəlir, üfüq işıqlanırdı. Mir Cəlal.
3. Ara-sıra olmaq, hərdənbir olmaq, təktək görsənmək. Gələn-gedən seyrəlmişdi. – [Qəhrəman:] ..minlərlə atılan yaylım atəşləri bir az seyrəldi, topların səsi lap kəsildi. H.Nəzərli. Küçələrdə izdiham seyrəlmişdi. Ə.Məmmədxanlı.


Axir izdelgen sözler: