turklehceleri.org

hara

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

hara

и. ат заводы

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

hara

sual əvəz.
1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. Kitabları hara qoydu? Stulu hara apardın? – [Sevil Gülüşə:] Balaşdan soruşmamış hara gedə bilərəm? C.Cabbarlı. [Gülsənəm:] Ağa, bu qabları hara düzəcəyik? H.Nəzərli.
2. Bədənin və ya bir şeyin hər hansı bir yeri. Onun harası pisdir? Harasına gözəl deyirsən! – [Məşədi İbad:] A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Ü.Hacıbəyov. [Şahmar Şahpəriyə:] Mənim yaram ağrıyır, sənin haran ağrıyır. B.Bayramov.
3. Haradasa şəklində – naməlum yerdə, qeyri-müəyyən yerdə. Haradasa uşaq ağlayırdı. – Qaraşın səsi çox zəiflədi, haradasa kəsilib qırıldı. M.İbrahimov. Haradasa böcəklər hərdənbir cırıldaşırdı. Q.İlkin. ‣ ...hara, ...hara – iki və ya çox şeyin keyfiyyətinin, vəziyyətinin müqayisəsində işlədilir. Həftəbaşı Xınalığa gələn avtodükan yeni-yeni mallar gətirir. İndiki Xınalıq hara, keçmişki hara. R.Rza. Vətən günü-gündən dönür gülzara; Gor dünənim hara, bu günüm hara. B.Vahabzadə. Sən hara, bura hara – bir adamı gözlənilməyən bir yerdə gördükdə təəccüb məqamında işlədilir. Sən hara, bura hara, yəqin sən də ziyarətə gəlmisən? E.Sultanov. [Sultan bəy: ] Paho, Süleyman, sən hara, bura hara? Ü.Hacıbəyov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

hara

nere

Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)

hara

[ha:ra], syp. Erbet, ýaman, ýaramaz. Gözeliň bolmaz harasy (Kemine).

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

hara

bk. here.


Axir izdelgen sözler: