bir-başa
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
birbaşa
(=birbaş) zərf Arada heç bir yerdə durmadan, bilavasitə, düz. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parça-parça olacaqdım. A.Şaiq. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa öz xozeyninin yanına gəldi. S.M.Qənizadə. [İlyas] birbaş dağlara qaçmaq, Afaqı tapmaq, onu görmək .. istədi. Ə.Məmmədxanlı. // Birnəfəsə, arası kəsilmədən, durmadan. Birbaşa etdiyi söhbət Həsən ağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
birbaşa
bilavasitə, düz
{vasıtasız, düz}