gənc
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gənc
I.
1. sif. Yeniyetmə, cavan, hələ yaşa dolmamış (qoca ziddi). – Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc idi. A.Şaiq. Bizim aramızda .. yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. // Gəncliyə xas olan, aid olan. Gənc qüvvələr. Gənc həyat eşqi. // is. Cavan, yeniyetmə oğlan. Qocalar və gənclər. – Susanna kimi bir qızı hər bir gənc sevə bilər. M.S.Ordubadi. Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb zəngi çaldı. Çəmənzəminli. Mirzağa iyirmi beş yaşlarında bir gənc idi. S.Hüseyn.
2. sif. Cavan (ağac və s. haqqında). Gənc ağac. – Ey bu gənc dağların biqərar yolçusu; Qanatlan! Çalındı yüksəliş borusu. M.Müşfiq.
3. sif. Meydana yeni gəlmiş, təcrübəsi az olan. Frazeologiya dilçilik elminin gənc sahələrindən biridir. // məc. Hər hansı bir sahədə fəaliyyətə yenicə başlamış. Gənc yazıçı. Gənc mütəxəssislər.
II. [fars.] is. Xəzinə, dəfinə. Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçinin; Ki, guya gənc üstündə yatıbdır əjdaha zülfün. Ə.Vahid. Zülm zəncirinin altında çəkir işgəncə; Eyibdir sən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət. [Gəray:] Yox, inanma, eşitdin isə bunu; Oynadım mən də gəncəfə oyunu.. A.Şaiq. • Gəncəfə kağızı – qumar kağızı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gənc
cavan, yeniyetmə
{civan, yeniyetme}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gənc
genç