lövbər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lövbər
is. dəniz. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox. Nəhəng burnunu sahilə dayayıb lövbər atmış balıqçı gəmisindən Tahirin hər zaman eşitdiyi mahnı səsləri ucalırdı. M.Hüseyn. On dörd dənizdə lövbər salır bizim gəmilər; On dörd dənizdən əsən küləklə yırğalanır. Ə.Cəmil. ‣ Lövbər(ini) salmaq (atmaq) – məskən salmaq, bir yerdə oturub qalmaq, bənd olmaq. [Molla Hüsü Sərdara:] Harda ki lövbər salıb oturublar, idarə düzəldiblər, ora da vurmaq lazımdır. M.İbrahimov. Lövbərini qaldırmaq zar. – oturduğu yerdən çox çətinliklə, istəməyə-istəməyə, ağır-ağır qalxmaq. Lövbərini qaldır, gedək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
lövbər
çapa