turklehceleri.org

göyçək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

göyçək

sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. – Şah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. Ü.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov. // İs. mənasında. Göyçəkləri xoş-kəlam, həm aşiqə ram; Vacibdi bizə duası Gürcüstanın. S.Ə.Şirvani. Dağlar çiçəyi yenə; Baxdı öz göyçəyinə. R.Rza. // Xoşagələn, gözəl. Demə Vaqif ki, filan kimsənə çox zirəkdir; Ya filan şeir deyir, yazısı həm göyçəkdir. M.P.Vaqif. [Heydər bəy:] Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. M.F.Axundzadə. Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim. // Zərf mənasında. Nə göyçək yaraşır, nə xoş görünür; Mina, incə kəmər bel arasında. Q.Zakir. Ay nazənin, ay qabağın altından; Nə göyçək çəkilib qara qaşların. Aşıq Ələsgər.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

göyçək

gözəl, qəşəng, yaraşıqlı
{güzel, süslü, yakışıklı}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

göyçək

güzel


Axir izdelgen sözler: