turklehceleri.org

gizlənpaç

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

gizlənpaç

is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla. B.Vahabzadə. [Çiyələk Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç oynayırlar. B.Bayramov. ‣ Gizlənpaç oynamaq məc. – açıqaçığına deyil, əsil fikrini gizlədərək hərəkət etmək. Qumru bu ağır fəlakət vaxtında [Qədirlə] gizlənpaç oynayırmış kimi gah görünür, gah batırdı. Mir Cəlal. Sirlərlə doludur bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə bil. H.Arif. Gizlənpaç oyunu məc. – hiylə, fənd, fırıldaq. [Nərminə:] Gizlənpaç oyunu nəyə lazımdır? B.Bayramov.


Axir izdelgen sözler: