genəltmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
genəltmək
f.
1. Gen etmək, eninə böyütmək, gen hala salmaq. Paltarı genəltmək. Şalvarın belini genəltmək. // Geyib böyütmək, enlətmək. Cemperi geyib genəltmək. // Dərman və s. təsiri ilə genişlətmək, enlətmək. İynə vurub damarları genəltmək. Gözünə damcı töküb bəbəyi genəltmək.
2. Genişləndirmək, açmaq, böyütmək, gen etmək. Oynamaq üçün yeri genəltmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
genəltmək
genelmek, genişletmek