fətir
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fətir
is. [ər.] Mayalı və ya mayasız xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq təndirdə və ya sacda bişirilən çörək. Mayalı fətir. Fətir bişirmək. Fətir üçün xəmir yoğurmaq. – Sona xala əlində bir podnos, içində .. qaymaq, yağ, yağlı fətir .. masaya süfrə salıb, məni oraya təklif etdi. S.S.Axundov. Qara oğlan əlindəki fətiri yeyib qurtardı, ovcu ilə dodaqlarını sildi. M.Hüseyn. // etnoqr. Toyda oğlan evindən qız evinə göndərilən xüsusi yapılmış iri yağlı çörək.