fırlanğıc
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fırlanğıc
is.
1. Üfüqi və ya şaquli fırlanan attraksion növü. Fırlanğıca minmək. Böyük bir fırlanğıc uşaqları, yeniyetmə oğlanları, qızları böyük sürətlə havada fırladır.
2. bax. fırfıra.
3. xüs. Qazma qurğusunun fırlanan mili. Gilli məhlul nasoslardan tənzimedici kondensatorlara, oradan da rezin və ya elastik metal şlanq və fırlanğıcdan keçərək qazma kəmərinə daxil olur. S.Quliyev.