enmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
enmək
f.
1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. Dağdan enmək. Zirzəmiyə enmə. Mal-qara dağdan enir. – [Usta Ağabala] pillələrlə aşağı endi. Çəmənzəminli. Mahirə mal damının üstündən cəld aşağı endi. M.Hüseyn. // Düşmək. Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub qaynağın qırağında oturdum. A.Divanbəyoğlu. Sabah erkən alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq.
2. Azalmaq, alçalmaq, düşmək. Havanın temperaturu endi. Qiymətlər xeyli enmişdir.
3. Torpağa, yerə oturmaq, yerə düşmək. Paraşütçülərdən biri Kamalın durduğu təpədən 2-3 yüz addım aralı, məxmər otların üzərinə endi. M.Rzaquluzadə. Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim.
4. Çevrilmək, ...halını almaq. Çəpiklər çırtığa enmişdi; bunun da səsi eşidilmirdi. Çəmənzəminli.
5. Çökmək, basmaq, çulğalamaq. Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. Yollardan qalxan toz uçub dağılmır, narın-narın seyrəlir, axşamın zəfəran rənginə boyanıb, zərif bürüncək tək enə-enə (z.) yerin üzərinə enirdi. Ə.Əbülhəsən.
6. məc. Azaltmaq, aşağı salmaq. [Ələmdar:] ..Görəsən, şişbığ cavahiratın qiymətindən bircə pillə enərmi? S.Rəhimov.
7. Dəymək, zərbə hiss etmək. Başına bir yumruq endi. – [Qadın] sol əlini başının qarşısına tutmaqla, özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn.
8. məc. Baş əymək, tabe olmaq, ...qabağında əyilmək. Nəbiyəm, enmərəm sultana, xana; Düşmənin tənəsi kar etməz cana; Boz atı oynadıb girrəm meydana. “Qaçaq Nəbi”.
9. Enib-qalxmaq şəklində: əyilib-düzəlmək, əyilərək qalxmaq, dalğalanmaq. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
enmək
I. düşmək
{düşmek}
II. azalmaq, düşmək, alçalmaq
{azalmak, inmek, alçalmak}
III. çevrilmək
{çevrilmek}
IV. çökmək, basmaq, çulğalamaq
{çökmek, basmak, kaplamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
enmək
inmek