Salamat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
salamat
sif. və zərf [ər.]
1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat. [Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. • Salamat çıxmaq – sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq. [İlyasın dayısı:] Tərlan olmasaydı, mən o axırıncı döyüşdən salamat çıxmayacaqdım. Ə.Məmmədxanlı. Salamat qalmaq – 1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq. Bir müddət sonra isə Kərimxanın salamat qalan yoldaşları [Xavərə] əl tutmağa başlamışdı. M.İbrahimov; 2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq. Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvardılar və kəndin salamat qalmış (f.sif.) yeganə çırağını da [şairə] bağışladılar. Ə.Məmmədxanlı. Salamat qurtarmaq – bax. salamat qalmaq 1-ci mənada. Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. “Koroğlu”. Odların içinə düşür, çox zaman; Salamat qurtarır ölməz qəhrəman. M.Rahim. Uşaq salamat qurtaranda elə bil dünya bizim olub. Mir Cəlal.
2. məc. Sağlam, gümrah. O, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə. ‣ Salamat qalın! – görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi. Bəlkə bu yerlərə bir də gəlmədim; Duman, salamat qal, dağ, salamat qal. M.Araz. Salamat yer qalmamaq – hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu. Bədənində salamat yer qalmamışdı. İ.Şıxlı. Salamat yer qoymamaq – hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş. Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
salamat
I. sağlam, qıvraq, gümrah
{sağlam, kıvrak, zinde}
II. xoşbəxt, firavan
{rahat, zengin}
Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)
salamat
a. sağ, sıhhatı yerinde olan, sağ ve selâmet (ziyan ve zarara uğramamış olan).
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
salamat
[sala:mat], hal. 1. Aman-sag, sag- gurgun, aman-esen, sag-aman; parahat. Istär ki gözel ýary, gördüm ki salamatdyr (Mollanepes). 2. Oglana dakylýan at.
Qarachay-Malqarche – Türkiye Türkchisi Lughiti (Nevruz, 1991)
salamat
selamet, emniyet,eminlik. Allah aytsa ~ bolursuz: İnşaallah selamettesiniz, ~mısız: emniyette misiniz, selamette misiniz, endi ~ bolduk: artık selamete erdik, ~ bolmak: emniyette olmak, selamete ermek.