dəri
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dəri
is.
1. İnsan və heyvanın bədəninin üstünü örtən mikroskopik məsaməli ət örtüyü. Qolumun dərisi soyulub. Dərisi səpmək. – Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. Hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov.
2. Heyvanın tüklə örtülü dərisi. Qoyun dərisi. Tülkü dərisi. – Pələngin dərisini soyub evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. // Xəz. Dəri yaxalıqlı palto.
3. Gön. Özümüz üçün lazım olan paltar və ayaqqabı hazırlamaqdan ötrü heyvanlardan yun, xəz, dəri (gön) əldə edirik.
4. Pendir, yağ və s. saxlamaq üçün qoyun və keçi dərisindən xüsusi üsulla hazırlanan motal. ..Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə də yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Kərə yağı göndər mənə bir dəri. M.Möcüz.
5. Dəridən qayrılmış, dəridən düzəldilmiş, dəridən tikilmiş. Dəri palto. Dəri yaxalıq. Dəri ayaqqabı. Dəri cild. – ...Almurad baba .. dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev.
6. Meyvənin qabığı. ‣ Bir dəri, bir sümük – son dərəcə arıq, sısqa, zəif adam haqqında. Çəngələdi qocanı yatağından qaldırdı, bir dəri bir sümük idi, evi başına uçmuş bir quş müqəvvası kimi yüp-yüngüldü. Ə.Məmmədxanlı. Dəridən çıxmaq – 1) həddindən artıq çalışmaq, əlləşmək, əlləşib-çapalamaq. [Əhməd] Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir. İ.Şıxlı; 2) çoxlu zəhmət, pul, mal sərf etmək. Dəridən-dırnaqdan çıxmaq – bax dəridən çıxmaq 1-ci mənada. Qurbanəli bəylər çar məmurlarına xoş gəlmək üçün dəridən-dırnaqdan çıxırdılar. M.İbrahimov. Dərisi üstündə yanmaq – arıqlamaq, qurumaq. İşləməkdən dərisi üstündə yanıb. Dərisinə saman təpmək – çox əziyyət vermək, çox incitmək, divan tutmaq; öldürmək. – Məgər qorxmayırsan onun qohuməqrəbasından? Dərinə saman təpərlər, axı! N.Vəzirov. Görək, kim kimin dərisinə saman təpəcək. Ə.Əbülhəsən. Dərisinə sığmamaq – 1) son dərəcə kökəlmək; 2) kibrlənmək, çox təşəxxüslənmək, öyünmək. Dərisini soymaq məc. – bərk cəzalandırmaq, cəza vermək, divan tutmaq. [Aslan bəy:] Tarverdi, get, uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çıraqban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. C.Cabbarlı. Dərisini sudan çıxarmaq – birtəhər canını qurtarmaq. Quru dəri – çox arıq, çox zəif adam haqqında. Aşiqin məşuqu gərək çağ olsun; Nə hasil o quru dəridən sənə. Q.Zakir.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
dəri
cilt, deri, kösele