turklehceleri.org

dəfə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dəfə

zərf [ər.]
1. Kəmiyyət bildirən sözlə birgə işləndikdə bir işin, hərəkətin, hadisənin hər bir momentini, təkrarını bildirir; kərə. Bir neçə dəfə. Çox dəfə. – On dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Yüz dəfə xəzan olmuş idi bağü bəharim; Bu bağı görüb fəsli-gülüstan genə gəldim. S.Ə.Şirvani. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov.
2. Sıra sayları və işarə əvəzlikləri ilə birgə işləndikdə, təkrar edilən eyni hadisələrin, işlərin, keyfiyyətlərin və s.-nin birisini ifadə edir. İkinci dəfə təkrar etmək. – Qatı qaranlığın dərələrdə daha çox olduğunu Əbil birinci dəfə görürdü. Ə.Vəliyev. • Bir dəfə – günlərin birində, haçan isə keçmişdə. Bu gülünc həyatdan nə çıxsın dedim; Bir dəfə özümü vurmaq istədim. M.Müşfiq. Bir dəfə də olsa – heç, qətiyyən, əsla, heç vaxt. Karvanbaşı duruxdu, aşağıdan yuxarıya dik onun gözünün içinə baxan bu kafir bir dəfə də olsa gözlərini qırpmamışdı.. Ə.Məmmədxanlı. Çox dəfə – dəfələrlə, çox vaxt, təkrarən. Əvvəl dəfələrdə – ilk çağda, ilk vaxtlarda, ibtidada. Bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır. F.Köçərli. Hər dəfə – həmişə, hər vaxt, daim. Kirpi dayı, hər dəfə keçməz belə; Öz gələcək günlərini fikr elə.. Ə.Vahid. O dəfə – onda, o vaxt. Nurcabbar çarpayıda yerini rahatlayıb dəftərin bir neçə səhifəsini çevirdi. – O dəfə harda qaldıq? – dedi. İ.Məlikzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dəfə

kərə, yol, səfər
{kere, kez, defa}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dəfə

defa, kat, kere, kez


Axir izdelgen sözler: