düşərgə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
düşərgə
I. is.
1. Müvəqqəti yaşayış yeri, müvəqqəti yurd, mənzil. Turist düşərgəsi. // Köçün, karvanın və s.-nin istirahət üçün mənzil saldığı yer; duracaq, dayanacaq. Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. İ.Şıxlı.
2. Kənddən uzaq əkin sahələrində adamların istirahət və yemək üçün toplandığı yer. Şamaxıdan gələn biçinçilər çölün ortasında, taxıl zəmilərinin kənarında düşərgə saldılar. İ.Şıxlı.
3. Qoşun hissələrinin məskun məntəqədən kənarda, açıq havada müvəqqəti mənzil saldığı yer; lager. Hərbi düşərgə. Əsgər düşərgəsi.
4. Məhbusların, hərbi əsirlərin saxlandığı yer; lager. Əmək-islah düşərgəsi. Alman-faşistlərinin dəhşətli ölüm düşərgələri. – Ulduzlar yəqin görür gecənin bu çağında; Uzaq Makranizosda qanlı düşərgələri.. Ə.Cəmil.
II. is. məh. etnoqr. Keçmiş toylarda: bəyin hamam boğçasını gətirən adama verilən hədiyyə, şey. Bəy xonçası gətirənə, .. adət belədir, gərək düşərgə versinlər. R.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
düşərgə
yurd, mənzil, duracaq, dayanacaq
{yurt, menzil, yer, zemin}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
düşərgə
kamp