turklehceleri.org

döşək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

döşək

is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu. // Döşəkcə. [Xudayar bəy] çox təəccüb elədi ki, haman gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. C.Məmmədquluzadə. Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu. Çəmənzəminli. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq. ‣ Döşəkdə yatmaq məc. – xəstə olmaq, xəstələnmək. İmamverdi baba döşəkdə yatırdı, azardan çox zəif düşmüşdü. S.S.Axundov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

döşək

döşek, şilte, yatak


Axir izdelgen sözler: