turklehceleri.org

qayğı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qayğı

is.
1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma. Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi də duymazdım bunu. M.Araz. // Fikir, əndişə, təlaş. Hər gün onun [Firidunun] vaxtı min bir qayğı içərisində keçirdi. M.İbrahimov. • Qayğı göstərmək (çəkmək) – 1) birinin rifahı üçün çalışmaq, fikrini çəkmək, qeydinə qalmaq. [Hacı Nəsir:] ..Mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? S.S.Axundov; 2) dərd çəkmək, fikir çəkmək. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Qayğısına qalmaq – bax. qayğı göstərmək 1-ci mənada. Nəsib dayı onun [Zeynəbin] hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. İ.Şıxlı. // Baxma, qulluq etmə, xidmət etmə. Qayğı olsa bitkilər yaxşı bitər. // məc. Şəfqət, nəvaziş. Əminə bir bacı qayğısı ilə Əjdərin başındakı sarğıları düzəltdi. S.Rəhimov.
2. Dərd, möhnət, fikir, qəm. Onun heç bir qayğısı yoxdur. – Hayıf, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qayğı

efkâr, gaile, ihtimam, kaygı, tasa


Axir izdelgen sözler: